“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir | 1news.az | Xəbərlər
Mədəniyyət

“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir

Qafar Ağayev15:02 - 15 / 04 / 2024
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir

Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyası (AzTV) tərəfindən “Səslənən irsimiz” adlı yeni layihə həyata keçirilir.

1news.az xəbər verir ki, layihənin məqsədi Azərbaycanın çoxəsrlik tarixinin, xalqımızın mədəni sərvətlərinin mühüm hissəsini təşkil edən musiqi və memarlıq irsimizin tanıdılmasıdır.

Layihə çərçivəsində müxtəlif tarixi abidələrin qarşısında muğam, klassik, rok, estrada və digər janrlarda musiqi ifaları, eləcə də ayrı-ayrı rəqs nömrələri təşkil edilərək lentə alınacaq. Həmin videomateriallar mediada və sosial şəbəkələrdə yayımlanacaq.

Layihə üzrə ilk çəkiliş “Qarabağ” muğam triosunun iştirakı ilə Kiçik Mərdəkan qəsrində aparılıb. Xalq artisti Mənsum İbrahimov XIII-XIV əsrin yadigarı olan qəsrin qarşısında muğam və təsniflərimizi səsləndirib.

Həmin ifanın lent yazısı aprelin 18-də – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə AzTV-də yayımlanacaq.
Qeyd edək ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Layihənin ilk buraxılışının musiqili qonağı xanəndə, Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru və Muğam kafedrasının müdiri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mənsum İbrahimov Azərbaycan muğam sənətinin tanınmış nümayəndəsidir. M.İbrahimovu tar ifaçısı, Xalq artisti Elçin Həşimov və kamança ifaçısı, Əməkdar artist Elnur Əhmədov müşayiət edir.

Kiçik Mərdəkan qəsri Xəzər dənizi sahilində yerləşən müdafiə tikililərindən biridir. Abşeron qəsr memarlığına xas xüsusiyyətləri özündə təcəssüm etdirən abidənin XIII-XIV əsrlərdə inşa olunduğu məlumdur. Strateji baxımdan əlverişli yerdə ucaldılan tarixi tikili düşmən təhlükəsi haqqında məlumatı qısa zamanda lazımi ünvanlara çatdıra bilirdi.

Paylaş:
207

Son xəbərlər

İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırışBu gün, 11:02İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edibBu gün, 11:00Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilibBu gün, 10:48Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıbBu gün, 10:30Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunubBu gün, 10:23Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilibBu gün, 10:05Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olubBu gün, 09:27Küləkli hava sabah axşamadək davam edəcək - FAKTİKİ HAVABu gün, 09:10Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunubBu gün, 09:08Bu gün Yasamalda qaz olmayacaqBu gün, 08:59Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHIBu gün, 08:57Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49
Bütün xəbərlər